FETÖ ilə bağlı yeni əməliyyat - 23 nəfər saxlanıldı

  19 Avqust 2019    Oxunub : 849
 FETÖ ilə bağlı yeni əməliyyat - 23 nəfər saxlanıldı
Türkiyənin Adana şəhərində FETÖ terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.
Azvision.az xəbər verir ki, hüquq mühafizə orqanları əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat nəticəsində FETÖ-yə üzv olmaqda şübhəli bilinən 23 nəfər saxlanılıb. Onların evlərində axtarış aparılıb. Təşkilata aid bir sıra sənədlər və video materiallar ələ keçirilib.

Azvision.az

Teqlər: Türkiyə   FETÖ   Əməliyyat   Polis