“Xətai” stansiyası yaxın günlərdə açılacaq - VİDEO

“Xətai” stansiyası yaxın günlərdə açılacaq -  VİDEO
  19 Avqust 2019    Oxunub:9245
Metronun “Xətai” stansiyası yaxın günlərdə istifadəyə veriləcək.

Bu barədə Azvision.az -a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Qurum rəsmisi bildirib ki, hazırda stansiyada son tamamlanma işləri aparılır.
Qeyd edək ki, “Xətai” stansiyası ötən ilin sentyabr ayında təmirə bağlanıb. Stansiyada 50 illik istismar müddətini başa vurduqdan sonra sökülmüş 3 köhnə eskalatorun əvəzinə Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Victoria Tube” tipli 4 yeni eskalator quraşdırılıb. Həmçinin, stansiyada digər infrastrukturun da yenilənməsi işləri həyata keçirilib.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Xətai   Stansiya   Metro  





Xəbər lenti