Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı - FOTOLAR+VİDEO

 Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı -  FOTOLAR+VİDEO
  19 Avqust 2019    Oxunub:11104
Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.





Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.





Azvision.az


Teqlər: MİQ-29   Qara-qutu  





Xəbər lenti