Zelenski “Qolodomor”la bağlı Netanyahuya çağırış etdi

Zelenski “Qolodomor”la bağlı Netanyahuya çağırış etdi
  19 Avqust 2019    Oxunub:1370
Ukraynada Prezident Vladimir Zelenski İsrailin Baş Naziri Benyamin Netanyahuya ölkəsinin 1932-1933-cü illərdə baş vermiş hadisələri (“Qolodomor”) Ukrayna xalqının soyqırımı kimi qəbul etməsi ilə bağlı çağırış edib.
Azvision.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Xalqlarımız yaxın tarixin bütün faciələrindən - Qolodomor, Holokost, II Dünya Müharibəsi və totalitar sovet rejiminin faciəsini yaşayıblar. Qolodomoru Ukrayna xalqının soyqırım aktı kimi tanıması üçün İsrail tərəfinə müraciət etmişəm”.

Dünyanın 19 ölkəsi 1932-1933-cü illərdə baş vermiş hadisələri (Qolodomor”) Ukrayna xalqının soyqırımı kimi qəbul edib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti