Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla sərhəddə

  19 Avqust 2019    Oxunub : 1016
Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla sərhəddə
Ermənistanın Baş Qərargah rəisi Artak Davtyan ölkənin şimal-şərqində, Azərbaycanla həmsərhəd bölgələrdə yerləşən hərbi hissələrə baş çəkib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Davtyan sərhəddəki əməliyyat vəziyyəti, hərbçilərin fiziki və döyüş hazırlığı ilə maraqlanıb. Eyni zamanda, anbarlarda saxlanılan silah və hərbi texnikanı yoxlayıb.

Azvision.az


Teqlər: Sərhəd   Ermənistan