Ata oğlunun təhsil almasını istəmədi, attestatı gizlətdi
Azvision.az xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Kamran Əsədov "Facebok" səhifəsində məlumat paylaşıb.
Orxanın özündən böyük qardaşları da təhsil almayıblar. Lakin onlar Orxanın tələbə olmaq istəyinə qarşı deyillər:
"Danışığından belə başa düşdüm ki, qardaşları ona əks mövqedə deyillər. Orxan ödənişli əsaslarla universitetə qəbul olub, ödənişi 1000 manatdır. Deyir: "mənə lazım deyil heç o. Öz maaşım 400 manatdır və hər ay 84 manat yığsam, təhsil haqqımı toplaya bilirəm". Artıq biz Orxanı qeydiyyatdan keçirdik. Təhsil Nazirliyi və Azərbaycan Dillər Universiteti öz dəstəyi ilə Orxanın yanında oldu. Amma Orxanın əzmi, iradəsi, təhsil almaq eşqi hər şeydən üstündür. Belə gənclərimiz olduqca günəşli günlər görəcəyik. Övladlarının təhsil almağının, savadlı olmağının qarşısını alan “valideynlər” isə sadəcə cəmiyyətimiz üçün üz qarasıdır".
Azvision.az