Türkiyədə FETÖ-çü polislər həbs olundu

Türkiyədə FETÖ-çü polislər həbs olundu
  20 Avqust 2019    Oxunub:1531
Türkiyənin İzmir şəhərində FETÖ terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir prokurorluğu "ByLock" şifrəli messencerindən istifadə edən, eləcə də terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxslərin həbsinə qərar verib.

Polis İdarəsinin mütəşəkkil cinayətlərlə mübarizə şöbəsinin keçirdiyi əməliyyat zamanı vəzifədə olan komissar köməkçisi, xidmətdən xaric edilən komissiar müavini və polis məmurları daxil olmaqla 18 şübhəli şəxs saxlanılıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: FETO   Türkiyə  





Xəbər lenti