Fond 47 gəncin xaricdə təhsilini maliyyələşdirəcək

Fond 47 gəncin xaricdə təhsilini maliyyələşdirəcək
  20 Avqust 2019    Oxunub:1687
Gənclər Fondu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi” istiqaməti üzrə 23 may – 23 iyun tarixlərində elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb.
Gənclər Fondundan Azvision.az -a verilən məlumata görə, Fondun təqdim etdiyi universitet siyahısında və ixtisası prioritet ixtisaslar siyahısında yer alan şəxslər iyulun 15-31-də həyata keçirilən müsahibələrə dəvət edilib.

Müsahibələrin nəticələri, şəxslərin akademik göstəriciləri (qəbul balı, təhsili üzrə orta müvəffəqiyyət göstəricisi, beynəlxalq dil qiymətləndirilməsi və s.) nəzərə alınmaqla müqayisəli şəkildə təhlil edilərək “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi” istiqaməti üzrə 47 nəfərin təhsil xərcinin maliyyələşdirilməsinə qərar verilib. Gənclərin təhsili müsabiqənin qaydalarına uyğun olaraq tam və ya qismən maliyyələşdiriləcək.

Azvision.az



Teqlər: Gənclər-Fondu  





Xəbər lenti