Putinlə Makron Qarabağı müzakirə etdi

 Putinlə Makron Qarabağı müzakirə etdi
  20 Avqust 2019    Oxunub:3255
Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında Parisdə keçirilən görüş zamanı bir sıra mühüm məsələlər müzakirə olunub. Liderlərin danışıqları gecə saatlarınadək davam edib.
Azvision.az xəbər verirki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, danışıqlar həm təkbətək formatda, həm də iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə aparılıb.

Peskov qeyd edib ki, danışıqlar məzmunca zəngin olub və qarşılıqlı etimad şəraitində keçib. Görüşdə Ukrayna mövzusu, Normand formatında danışıqların təşkili geniş müzakirə olunub.

Bundan əlavə, Suriyadakı vəziyyət, regional münaqişələr, həmçinin Dağlıq Qarabağ problemi ətrafında da prezidentlər fikir mübadiləsi aparıblar.

Azvision.az



Teqlər:





Xəbər lenti