Qəbul aparılan 34 kollecdə plan yerləri 100 faiz dolub

  20 Avqust 2019    Oxunub : 864
Qəbul aparılan 34 kollecdə plan yerləri 100 faiz dolub
Qəbul aparılan 55 kollecdən 34-də plan yerləri 100 faiz dolub.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, cəmi 381 yer (3.67 faiz) boş qalıb. Onlardan 275 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir.

Orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 23-dən 29‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb edilən sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi avqustun 30-dan sentyabrın 4-dək aparılacaq.

Azvision.az

Teqlər: DİM   Kollec