Avropa İttifaqı Türkiyə ilə vizanı sadələşdirir

Avropa İttifaqı Türkiyə ilə vizanı sadələşdirir
  05 Dekabr 2013    Oxunub:1472
Türkiyə və Aİ arasında readmissiya sazişinin imzalanacağı tarix məlum oldu.

Türkiyə və Avropa İttifaqı (Aİ) arasında readmissiya haqqında saziş dekabrın 16-da imzalanacaq.

AzVision.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Brüsseldə Aİ nümayəndələri ilə görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında deyib.

Nazir bəyan edib ki, Türkiyə ilə Aİ arasında viza rejiminin ləğv edilməsinə dair aparılan danışıqlar çərçivəsində dekabrın 16-da readmissiya haqqında saziş imzalanacaq.

Qeyd edək ki, Türkiyənin Baş nazir Rəcəb Tayyib Ərdoğan ölkə vətəndaşları üçün Aİ ilə viza rejiminin sadələşdirilməsi müqabilində readmissiya haqqında sazişin imzalanmasına razılıq vermişdi.

Həmçinin qeyd edilir ki, əgər proses sazişin imzalanmasında sonra lazımi qaydada davam etsə, Türkiyə vətəndaşları 3 ildən sonra Avropaya vizasız gedə biləcəklər.


Teqlər:  





Xəbər lenti