Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb
  21 Avqust 2019    Oxunub:2299
Avqustun 21-də Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, müvafiq keçid balını toplamış 120 namizəd müsahibə mərhələsinə dəvət edilib. Müsahibələr avqustun 23-dək davam edəcək. Növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək.

Qeyd edək ki, bu il iyulun 13-dən 19-dək dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. Ümumilikdə 3 min 403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 min 273 nəfərin elektron ərizəsi təsdiqlənib. Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1643 nəfər iştirak edib.

Azvision.az



Teqlər: Direktor   Müsahibə   Mərhələ  





Xəbər lenti