Ermənistan dünyanın ikinci ən yoxsul ölkəsidir - SORĞU

Ermənistan dünyanın ikinci ən yoxsul ölkəsidir - SORĞU
  05 Dekabr 2013    Oxunub:3951
Gellap İnstitutu: Ermənistan dünyanın ikinci ən yoxsul ölkəsidir.

AzVision.az xəbər verir ki, ABŞ-ın nüfuzlu ictimai rəy sorğusu təsisatı olan Gellap İnstitutu “yoxsulluğun” ən yüksək faizinin qeydə alındığı ölkələrin müəyyən edilməsi üzrə sorğunun nəticələrini açıqlayıb. Araşdırmanın nəticələri İnstitutun saytında “Yoxsulluğun” ən yüksək faizləri Bolqarıstanda və Ermənistandadır” sərlövhəsi ilə dərc olunub. Sorğu təsdiq edir ki, 2012-ci ildə dünyanın 143 ölkəsindən 20-də respondentlərin azı dörddəbir hissəsi “yoxsullar” kateqoriyasına aid edilə bilər.

Gellap İnstitutunun məlumatında deyilir ki, artıq dalbadal üç ildir Bolqarıstan “yoxsul” ölkələrin siyahısına liderlik edir. 2012-ci ildə bolqar respondentlərin 39 faizi öz həyatlarını yetərincə yoxsul saymışdır. Bolqarıstanın ardınca “yoxsul” respondentlərin 37 faiz olduğu Ermənistan, onun ardınca Kamboca, Haiti, Macarıstan, Madaqaskar, Makedoniya və İran gəlirlər. Respondentlərin təsnifatı üç meyar üzrə - onların öz gündəlik həyatlarını sosioloq, elmlər doktoru Hedli Kantrilin sabitləşmə üzrə səylər Şkalasına (0-dan 10-dək) görə necə qiymətləndirmələrinə müvafiq olaraq “firavan yaşayanlar”, “ehtiyac hiss edənlər” və “yoxsullar” kimi təsnif edilmişdir. Gellap İnstitutu hesab edir ki, hazırda və son 5 ildə öz gündəlik həyatını 4 və ya daha az balla qiymətləndirən respondentlər “ehtiyac içində olanlar” kateqoriyasına aiddirlər. Bolqarıstanla bərabər, Makedoniya, Rumıniya, Yunanıstan da “yoxsul” ölkələrə aiddirlər. Bu ölkələr son illər Avropadakı böhrandan xeyli ziyan çəkiblər.

Eyni zamanda sorğu zəngin ölkələrdə ən aşağı “yoxsulluq” faizini müəyyən edib. “Yoxsulluq” 17 ölkədə 2 faiz və ya daha az olmuşdur. Bu ölkələr İslandiya, Qətər, İsveç, Norveç, BƏƏ, Nigeriya, Tailand, Venesuela və s.-dir.

Gellap İnstitutunun məlumatında deyilir ki, ictimai sorğunun kateqoriyaları üzrə “çiçəklənmə” gəlirin, təhsil və tibbi xidmətlərin səviyyəsinin yüksək olduğu ölkələrdə müşahidə edilir. “Firavan” ölkələrin sakinləri az xəstələnir, yoluxucu xəstəliklərə az-az yoluxur, daha çox qazanır, yaxşı şəraitdə işləyir, habelə digər etnik qrup, irq və mədəniyyətlərin nümayəndələri ilə mehriban şəraitdə yaşayırlar. “Yoxsul” ölkələrdə yaşayan respondentlər hər gün yemək tapmaq və həyat şəraitini normallaşdırmaq barədə düşünürlər.

Bu tədqiqatın nəticələri hər bir ölkədə yaşı 15 və daha çox olan 1000 respondent arasında aparılan sorğuya əsaslanır.

Xatırladaq ki, ABŞ-ın nüfuzlu “Forbes” jurnalının 2011-ci ildə yazdığına görə, Ermənistan “dünyanın ikinci ən pis iqtisadiyyatı” kimi müəyyən edilmişdi. Yüz minlərlə Ermənistan sakini işsizlik və dolanışığın pis olması səbəbindən ölkəni tərk etməkdə davam edir.

https://azvision.az/redirect.php?url=http://www.gallup.com/poll/166076/suffering-bulgaria-armenia-highest-worldwide.aspx?utm_source=WWW&utm_medium=csm&utm_campaign=syndication


Teqlər:  





Xəbər lenti