İranın yeni raketi “görünməz” təyyarələri də vura bilir
Azvision.az -ın məlumatına görə, İranın müdafiə naziri Əmir Hatəmi bildirib ki, rəsmi nümayişdən sonra kompleks İran ordusunun hava hücumundan müdafiə qüvvələrinə təhvil veriləcək.
Üstəlik, kompleks 300 kilometrdən çox məsafədən hədəfləri aşkar etməyə qadirdir. İran hərbiçiləri hesab edirlər ki, “Bavər -373” Rusiyanın "S-300" raket əleyhinə müdafiə sistemləri ilə rəqabət aparmaq gücündədir və daha inkişaf etmiş bir sistemdir.
Şahanə Rəhimli
Azvision.az