Təhsil haqqını ödəyə bilməyən Zeynəbə yardım edildi
Digər bir oxucumuzun təşəbbüsü ilə onun adına bank hesabı açılacaq və IV kursu bitirənə qədər hər ay hesaba 100 manat vəsait köçürüləcək.
Təhsil haqqının ödənilməsi üçün "Hədəf" kurslarının direktoru Şəmil Sadıqov 200, başqa bir oxucu isə 400 manat göndərib. Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsində 150 manat pul yığılıb. Beləliklə, bir illik təhsil haqqının ödənilməsi üçün lazım olan vəsait toplanılıb.
Qeyd edək ki, Astara rayonunda yaşayan Zeynəb Əlizadənin atası yoxdur, anası isə yataq xəstəsidir. Ona indiyədək yaşlı nənəsi baxıb.
Aytən Zəhra
Azvision.az