Polşada ildırım faciəsi: 4 ölü, 100-ə yaxın yaralı var

Polşada ildırım faciəsi:  4 ölü, 100-ə yaxın yaralı var
  23 Avqust 2019    Oxunub:2188
Polşanın Tatra ərazisində ildırım vurması nəticəsində dörd nəfər ölüb, 100-ə yaxın insan yaralanıb. Daha bir nəfər Slovak dağlarında həyatını itirib.
Azvision.az xəbər verir ki, bu barədə “Polşa Radiosu” məlumat yayıb. Ölənlərdən ikisinin uşaq olduğu bildirilir. Xəsarət alan 89 nəfər Zakopane şəhərindəki tibb müəssisəsinə aparılıb. Onların səhhəti barəsində məlumat verilməyib.

Hazırda xilasetmə işləri davam edir. Polşanın baş naziri Mateuş Moravetskinin faciə baş verən əraziyə gələcəyi deyilir.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Polşa   İldırım  





Xəbər lenti