Ermənistanın 11 hərbçisi qəzada yaralandı

Ermənistanın 11 hərbçisi qəzada yaralandı
  23 Avqust 2019    Oxunub:2624
Ermənistanın Müdafiə Nazirliyinə məxsus hərbi maşın qəzaya uğrayıb.

Azvision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Tavuş vilayətinin Baqanis kəndi ərazisində baş verib. "QAZ 66" markalı maşının aşması nəticəsində 11 hərbçi yaralanıb.
Onlar Noyemberyan xəstəxanasına aparılıblar.

Azvision.az


Teqlər: Ermənistan   Qəza  





Xəbər lenti