DİM-dən
Azvision.az -a bildirilib ki, avqustun 23-ü saat 15:35-ə olan məlumata görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərdən 47 nəfər uğur qazanıb. Onlardan 20 nəfər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, 15 nəfər Əmlak Məsələləri Dövlət Komitəsində, 5 nəfər Əqli Mülkiyyət Agentliyində, 4 nəfər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində, 2 nəfər İsmayıllı Rayon Məhkəməsində, 1 nəfəri isə Şirvan Apellyasiya Məhkəməsində müxtəlif vəzifələrə uyğun biliniblər.
İyulun 29-dan başlanan müsahibələr noyabrın 5-də yekunlaşacaq. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (54 vəzifə) tərəfindən çıxarılıb.
Qeyd edək ki, müsahibədə iştirak üçün sənəd qəbulu iyulun 12-də başa çatıb və 2163 namizəd qeydiyyatdan keçib.
Azvision.az