Müəllimlərin işə qəbulu üzrə müsahibə başa çatıb
Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılıb. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim ediblər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyənləşdirilib.
Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 54 min 687 namizəd müraciət edib, onlardan 48 min 204 nəfər imtahanda iştirak üçün dəvət olunub. 41 min 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Vakansiya seçimi mərhələsində iştirak edən 23 min 609 namizəddən 14 min 3 nəfər elektron ərizəsini təsdiqləyib.
Müsabiqəyə respublika üzrə ümumilikdə 7 mindən artıq vakant yer çıxarılıb.
Azvision.az
Teqlər: Təhsil-Nazirliyi Müəllim Müsahibə