13 min azərbaycanlı Türkiyədə iş axtarır - STATİSTİKA

13 min azərbaycanlı Türkiyədə iş axtarır - STATİSTİKA
  05 Dekabr 2013    Oxunub:2447
Türkiyədə iş axtaran xarici vətəndaşların 6%-i azərbaycanlılardır.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Statistika Komitəsi rəsmi məlumat yayıb.

Statistikada qeyd edilir ki, ümumilikdə Türkiyədə 210 min iş axtaran xarici vətəndaş var. Onlardan 33%-i Bolqarıstandan, 13%-i Almaniyadan, 6%-i isə Azərbaycandan gəlib.

Bundan başqa Şimali Kipr Türk Cümhuriyyəti, Fransa və ABŞ-dan CV-lərin qəbul olunduğu bildirilir.

Secretcv.com-un rəhbəri Okan Tütüncü bildirib ki, ötən illə müqayisədə iş üçün müraciət edən xarici vətəndaşların sayı 23% artıb:

“Türkiyəyə sərmayə qoyan xaricilərin sayı hər gün artır. Biz də görürük ki, ölkə təkcə xarici şirkətlər üçün deyil, həmçinin xarici işçilər üçün diqqət cəlb edir”.

Məşğulluq Nazirliyinin yaydığı məlumata görə isə, son 4 ildə cəmi 114 min 85 xarici vətəndaşa Türkiyədə işləmək məqsədilə icazə üçün müraciət edib. Bundalardan 64 min 279 nəfərin müraciəti təsdiqlənib.

Qeyd edək ki, 2010-cu ildə Türkiyədə işləmək üçün müraciət edənlərin sayı 5 min 339 idisə, 2013-cü ildə bu say 48 min 279-a çatıb. Hal-hazırda isə statistikaya əsasən Türkiyədə 13 min 524 azərbaycanlı iş üçün müraciət edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti