“Ana, nə olar, ölmə” dedi, hamı etiraza qalxdı - VİDEO+FOTO

    “Ana, nə olar, ölmə” dedi, hamı etiraza qalxdı -    VİDEO+FOTO
  24 Avqust 2019    Oxunub:6917
Türkiyənin Kırıkkale şəhərində dəhşətli qətl hadisəsi törədilib. Emine Bulut adlı qadın dörd il əvvəl boşandığı əri tərəfindən 10 yaşlı qızının gözü qarşısında boğazı kəsilərək öldürülüb.
Azvision.az xəbər verir ki, internetdə yayılan video görüntülərdə qadının “Ölmək istəmirəm”, qızının isə “Ana, nə olar, ölmə” deyə qışqırması insanları dəhşətə gətirib. Bu səbəbdən məlum hadisə Türkiyədə geniş rezonans doğurub və əhalinin böyük narazılığına səbəb olub.



Tanınmış siyasətçilər, sənət adamları, idmançılar, sosial şəbəkə fenomenləri bütün ölkəni məyus edən cinayətə etirazlarını bildiriblər. Sosial mediada "Emine Bulut" haştağı ilə kampaniya başladılıb.



Cinayəti törədən 43 yaşlı Fədai Barana ən ağır cəzanın verilməsi tələb olunur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cinayət hadisəsini şəxsi nəzarətinə götürüb, lazımi tədbirlərin görülməsi üçün dövlət qurumlarına ciddi tapşırıqlar verib.







Azvision.az


Teqlər: Türkiyə   Cinayət   Qadın   Qətl  





Xəbər lenti