Putin Ermənistanı öz kəndi hesab edir

Putin Ermənistanı öz kəndi hesab edir
  05 Dekabr 2013    Oxunub:1165
Tiqran Karapetyan: “Putin Ermənistana elə gəldi ki, elə bil Rusiyanın kəndinə gəlib”.

Rusiya prezidentinin Ermənistana gəlişi Ermənistanın Xalq Partiyasının lideri Tiqran Karapetyana onun öz vilayətlərindən birinə baş çəkməsini xatırladıb.

“Ermənistan Rusiya üçün adi vilayətdən başqa bir şey deyil. O ilk növbədə Yerevana gəlməli və bizim dövlətçiliyimizə hötmət etməli idi”-deyə Karapetyan erməni saytlarından birinə müsahibəsində bildirib.

“Axı, əvvəl-axır Putin Yerevana gəldi , siz nə üçün belə düşünürsünüz sualına cavab olaraq Karapetyan deyib: “Bu hesaba alınmır, bunun heç bir mənası yoxdur. O, əvvəlcə Gümrüyə getdi, elə bil öz elini, obasını gəzməyə çıxmışdı, bu çox pis bir haldır. Əgər səfəri rəsmi səfər idisə Putin, Yerevandan Gümrüyə getməli idi. Axı rəsmi səfərin də standartları var...” – deyə Karapetyan Putinin ermənilərə və dövlətə qarşı hörmətsizlik etdiyini bildirib.

Karapetyan Ermənistanın Gömrük İttifaqına qoşulması məsələsinə də münasibət bildirib. “ Bu ağ yalandır”- o deyib.

Putinin səfəri çərçivəsində bir çox sənədlərin imzalanmasının “görünməmiş nəticə” adlandırılmasına da qarşı çıxıb.

“ Kim deyir ki, bu görünməmiş bir nəticədir. Ermənistan əlində qalan yeganə 20 % səhmləri də satdı. Nəhəng bir şirkəti Rusiyanın “Qazprom”una bağışladılar. Belə çıxır bundan belə qaz bizim deyil, burada yaxşı nə var ki?! Rusiya nağıl danışır Ermənistan da inanır” –deyə partiya lideri Rusiyanın gələcəkdə Ermənistana satdığı qazın qiymətini artıracağından şübhə etmədiyini bildirdi.

Xatırladaq ki, ”ArmRosqazprom”dövlətə məxsus səhmlərin 20%- ni “Qazprom”a satmağa qərar verib. Rusiya prezidenti Vladimir Putin isə bunun müqabilində Ermənistana qazı əvvəlki kimi 270 dollar deyil, 189 dollara satacaqlarını bəyan edib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti