G7 sammitinin rəsmi açılışı oldu

   G7 sammitinin rəsmi açılışı oldu
  25 Avqust 2019    Oxunub:1757
Fransanın Biarritz şəhərində G7 sammitinin rəsmi açılışı olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa, Almaniya, ABŞ, Yaponiya, İtaliya, Kanada və Böyük Britaniyanın liderləri işgüzar şam yeməyində iştirak ediblər.

Şam yeməyindən əvvəl Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel və Yaponiyanın Baş Naziri Sindzo Abe ilə görüşlər keçirib.

Bundan başqa, G7 qrupuna daxil olan Avropa ölkələrinin liderlərinin birgə görüşü təşkil edilib.

Qeyd edək ki, sammit avqustun 26-da başa çatacaq.

Azvision.az



Teqlər: G7   Sammit  





Xəbər lenti