Çin ABŞ-la danışıqları bərpa edir

Çin ABŞ-la danışıqları bərpa edir
  26 Avqust 2019    Oxunub:1678
Çin ABŞ-la danışıqlar aparmaq istəyir.
Azvision.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib. O bildirib ki, ötən gün Çin tərəf ABŞ ticarət nümayəndələri ilə əlaqə saxlayaraq danışıqlar masası arxasına qayıtmaq istədiyini bildirib.

Tramp Çinin danışıqlara hazır olmasını alqışlayıb və bunu dünya üçün müsbət inkişaf kimi dəyərləndirib.

O, qeyd edib ki, Çin nümayəndələri ABŞ-la iki dəfə əlaqə saxlayıblar və ticarət sazişi bağlamaq istəklərini bəyan ediblər. Tramp hesab edir ki, tezliklə bu məsələ ətrafında müzakirələr başlayacaq.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: ÇİN   ABŞ   Tramp   Saziş  





Xəbər lenti