Rusiyadan “S-400”lərin tədarükü davam edir - Hulusi Akar

Rusiyadan “S-400”lərin tədarükü davam edir -  Hulusi Akar
  26 Avqust 2019    Oxunub:1720
Türkiyənin müdafiə naziri Hulusi Akar Rusiyadan "S-400" zenit-raket komplekslərinin tədarükünün davam etdiyini bildirib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir "S-400" tədarükü üçün ikinci hissənin sabahdan başlayacağını deyib.

Qeyd edək ki, iyulun 12-də raket komplekslərinin ilk partiyası Rusiyadan Türkiyəyə təhvil verilib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: HulusiAkar  





Xəbər lenti