Moskvadakı reydlərin nəticələri açıqlandı

Moskvadakı reydlərin nəticələri açıqlandı
  05 Dekabr 2013    Oxunub:1098
Əməliyyat zamanı 305 qanunsuz oyun biznesi obyektinin fəaliyyətinin qarşısı alınıb
Moskvadakı reydlərin nəticələri açıqlanıb. Əsasən, miqrantlara qarşı noyabrin 18-dən 28-ə kimi keçirilən “Zaslon-2” adlı xüsusi əməliyyat nəticəsində 4 mindən artıq cinayətin üstü açılıb, 327 nəfər saxlanılıb.

Rusiya DİX Moskva üzrə İdarəsinin rəis müavini Gennadiy Qolikovun sözlərinə görə, əməliyyat çərçivəsində görülmüş tədbirlər nəticəsində ictimai yerlərdə törədilən cinayətlərin sayı 18% azalıb, paytaxtın küçə və meydanlarında isə - 16% azalıb. “Qarət, soyğunculuq, nəqliyyat vasitələrinin qaçırılması və ev oğurluğu faktları da azalıb. 147 narkopritonun fəaliyyətinin qarşısı alınıb. Qanunsuz miqrasiya ilə bağlı 1095 cinayət işi qaldırılıb”, - deyə Moskva polis rəisinin müavini bildirib.

O həmçinin əlavə edib ki, əməliyyat zamanı 305 qanunsuz oyun biznesi obyektinin fəaliyyətinin qarşısı alınıb. 1000-dən artıq axtarış həyata keçirilib, 97 ədəd silah müsadirə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti