Zelenski 100 gündə nə etdi? - Politoloq rəyi
"Zelenski hələ baş nazir təyin etməyib və iqtisadi islahatlara başlamayıb. İtirilən torpaqların necə geri qaytarılacağı sualı da açıq qalır. Zelenski ölkəni dəyişmək istəyir, xalqı üçün rifah arzulayır, korrupsiyanın kökünü kəsəcəyinə ümid edir. Ancaq bu arzu və istəkləri Ukrayna kimi qarışıq və oliqarxların baş rol oynadığı ölkədə həyata keçrimək çətindir".
Politoloq qeyd edib ki, digər tərəfdən bəzi Qərb ölkələri Rusiyanın Krımı ilhaqına və Donbass separatçılarına verdiyi dəstəyə baxmayaraq, Moskva ilə köhnə əlaqələrini bərpa etməyə çalışırlar, hətta Rusiyanın “böyük yeddiliyə” geri qaytarılması mövzusunu ortaya atırlar. Bu isə Ukraynanın xeyrinə olan məsələ deyil.
"Bu gedişat Zelenskinin ölkə daxilindəki problemlərini artıracaq. Qış ayları yaxınlaşdıqca Zelenski Ukraynanı necə qızdıracağı, maliyyənin kasad olduğu ölkədə yanacağı hardan alacağı sualı üzərində baş sındırmalı olacaq".
Qeyd edək ki, Vladimir Zelenski bu ilin aprel ayında Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda Petro Poroşenkonu məğlub edərək ölkənin yeni rəhbəri seçilib.
Azvision.az