FETÖ-yə üzv olan 23 hərbçi saxlanılıb

  27 Avqust 2019    Oxunub : 983
 FETÖ-yə üzv olan 23 hərbçi saxlanılıb
Türkiyənin 15 şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyatlar keçirilib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində təşkilata üzv olmaqda şübhəli bilinən 23 hərbi qulluqçu saxlanılıb. Onların yaşadıqları evlərdə axtarış aparılıb, FETÖ ilə əlaqələri araşdırılır. Təşkilatın digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Azvision.az

Teqlər: Türkiyə   FETÖ