Saakaşvili Yanukoviçi devirmək istəyir

Saakaşvili Yanukoviçi devirmək istəyir
  05 Dekabr 2013    Oxunub:1141
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukraynadakı Avropa Birliyi tərəfdarlarının mitinqlərinə dəstək vermək üçün Kiyevə gedəcək.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Saakaşvili dekabrın 7-də Kiyevdə nümayişçilərə dəstək aksiyasına qoşulacaq.

Onunla yanaşı Kiyevə Avropa parlamentinin Xarici İşlər komissiyasının sədri Elmar Brok da gələcək. Artıq indidən Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının üzvləri də Ukraynadakı aksiyalara qoşulub. Partiyadan parlametə üzv olan Georgi Baramadze Kiyevin Avropa meydanında çıxış zamanı Rusiyanın Ukraynanı da keçmişə qaytarmaq istəyində ittiham edib.

Onun sözlərinə görə, NATO və Avropa Birliyi ilə yaxınlaşmaq istəyi həm Gürcüstan, həm də Ukraynanın ortaq hədəfidir”. “Vahid Milli Hərəkat” partiyası Saakaşvilinin Ukraynaya səfərini iki ölkənin münasibətləri fonunda faydalı hesab edirlər.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti