“S-400”lərin növbəti partiyası Türkiyəyə gətirilir

“S-400”lərin növbəti partiyası Türkiyəyə gətirilir
  27 Avqust 2019    Oxunub:1976
Rusiya "S-400" zenit-raket komplekslərinin ikinci batareyasının elementlərini Türkiyəyə çatdırmağa başlayıb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiyadan gələn təyyarə “Mürtəd” aviabazasına enib. "S-400" zenit-raket komplekslərinin ikinci batareyasının ölkəyə çatdırılması bir ay davam edəcək”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, iyul ayında komplekslərin birinci batareyası 30 yük təyyarəsi ilə Türkiyəyə gətirilib.

Azvision.az



Teqlər: Türkiyə   Rusiya   S-400  






Xəbər lenti