Ərdoğan Putini İstanbula dəvət etdi

Ərdoğan Putini İstanbula dəvət etdi
  27 Avqust 2019    Oxunub:1783
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putini sentyabr ayında İstanbulda keçiriləcək texnologiya festivalına dəvət edib.

Azvision.az xəbər verir ki, Ərdoğan bu barədə MAKS-2019 Beynəlxalq Aerokosmik Sərgisinin açılışında deyib.
"Bu il İstanbulda aviasiya, hava, texniki "Texnofest" festivalını keçirəcəyik. Ötən il ilk dəfə 550 mindən çox insanın iştirak etdiyi festivala ev sahibliyi etdik. Bu il 17-22 sentyabr tarixlərində ikinci festival baş tutacaq. Orada bir milyondan çox insanın iştirakı gözlənilir. Biz bütün Rusiya xalqını, ilk növbədə cənab Putini festivala dəvət edirik", -deyən Ərdoğan son illər Türkiyədə "Göydə gələcək" şüarı altında aviasiya sənayesinin inkişafı üçün bir çox işlərin görüldüyünü xatırladıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ərdoğan   Putin  





Xəbər lenti