Türkiyə 6 milyon rusiyalı turisti gözləyir

Türkiyə 6 milyon rusiyalı turisti gözləyir
  27 Avqust 2019    Oxunub:2437
"Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsi 25 milyard dolları ötüb, amma məqsədimiz 100 milyard dollara çatmaqdır"

Azvision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan MAKS-2019 Beynəlxalq Aerokosmik Sərgisinin açılışında deyib.
O bildirib ki, Türkiyə Rusiya ilə ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılmasını qarşıya məqsəd qoyub. Ərdoğanın sözlərinə görə, Türkiyə hər il aerokosmik məhsulların ixracını artırır.

Rusiya ilə iqtisadi əməkdaşlıqdan danışan Ərdoğan bunun dərin köklərinin olduğunu deyərək əlavə edib ki, bu ölkədən Türkiyəyə gələn turistlərin sayı rekord həddə çatıb: "Bu il 6 milyon rusiyalı turistin ölkəmizi ziyarət etməsini gözləyirik".

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ərdoğan   Putin   Turist  





Xəbər lenti