Peşə məktəblərinə qeydiyyat başa çatdı

Peşə məktəblərinə qeydiyyat başa çatdı
  27 Avqust 2019    Oxunub:1637
Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başa çatıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Azvision.az -a bildirilib ki, qeydiyyatdan keçməyənlər qəbul olunduqları ixtisasdan imtina etmiş hesab olunacaqlar.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə “ASAN xidmət” mərkəzlərində elektron qaydada həyata keçirilib. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılıb.

Peşə təhsili müəssisələrinə qəbul olunmaq üçün 11000-dən çox ərizəçi müraciət edib. Onlardan 8808-i peşə təhsili müəssisələrinə qəbul olunub.

Azvision.az



Teqlər: Məktəb   Qeydiyyat  





Xəbər lenti