Rusiyada bina çökdü: Azı 2 nəfər ölüb - (Yenilənib)

 Rusiyada bina çökdü:    Azı 2 nəfər ölüb - (Yenilənib)
  28 Avqust 2019    Oxunub:3241
Novosibirsk vilayətində divarın çökməsi zamanı azı iki nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə “TASS”a Rusiya İstintaq Komitəsinin Novosibirsk vilayətindəki idarəsinin mətbuat xidmətindən bildirilib.

“Ölənlər var, dəqiq sayını deyə bilmərik, ancaq iki nəfərdən az deyil” - deyə qeyd olunub.

Artıq baş verən hadisə ilə bağlı cinayət işi açılıb.

***
10:19

Rusiyannın Novosibirsk şəhərində yenidənqurma zamanı bir mərtəbəli binanın divarı çöküb.

Azvision.az “TASS”a istinadən xəbər verir ki, dağıntı altında 12 işçinin qaldığı ehtimal edilir. Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bir nəfərin dağıntılar altından xilas olduğunu bildirib.

Qeyd olunub ki, 350 kv.m ərazinin çökməsinə səbəb tikinti tələblərinin pozulmasıdır.
Hazırda əraziyə FHN-nin 70 nəfər canlı qüvvəsi və 20 ədəd texnikası cəlb olunub.


İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Rusiya   Bina  





Xəbər lenti