Məktəb direktoru olmaq istəyənlərin nəzərinə!
Sözügedən rayonlar üzrə müsahibələr avqustun 30-dək davam edəcək. Müsahibənin nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarix barədə namizədlərə məlumat veriləcək.
Xatırladaq ki, iyulun 13-dən 19-dək dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. Ümumilikdə 3 min 403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 min 273 nəfərin elektron ərizəsi təsdiqlənib. Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1643 nəfər iştirak edib.
Avqustun 21-23-də Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilib.
Azvision.az