NASA: Yerə iki asteroid yaxınlaşacaq

   NASA:    Yerə iki asteroid yaxınlaşacaq
  28 Avqust 2019    Oxunub:1429
Sentyabrın 14-də iki asteroid Yer kürəsinə yaxınlaşacaq. Onların yaxınlaşması planetimiz üçün heç bir təhlükə törətməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) məlumat yayıb.

Bildirilib ki, “2000 QW7” adlandırılan asteroidlərdən birinin diametri 290 metrdən 650 metrə qədər ola bilər. O, saniyədə 6,4 kilometr sürətlə Yer kürəsindən 5,3 milyon kilometr aralıdan keçəcək. Təxminən bu məsafədən digər göy cismi - 120 metrdən 260 metrədək diametri olan “2010 CO1” asteroidi saniyədə 14,4 kilometr sürətlə planetimizin ətrafından ötəcək.

Azvision.az



Teqlər: NASA   Asteroid  





Xəbər lenti