Ukrayna Vışinskini həbsdən azad edir

Ukrayna Vışinskini həbsdən azad edir
  28 Avqust 2019    Oxunub:1363
Kiyev Apellyasiya Məhkəməsi Rusiyanın "RİA Novosti" agentliyinin Ukrayna bölməsinin rəhbəri Krill Vışinskinin azadlığa buraxılması barədə qərar çıxarıb.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Vışinski 400 gündən çox həbsdə qalıb. Məhkəmənin qərarına əsasən, həbs qətiimkan tədbiri şəxsi öhdəlik cəzası ilə əvəz olunub.

Qeyd edək ki, Kirill Vışinski ötən ilin mayın 15-də Kiyevdə həbs olunub. O, Donbas separatçılarını dəstəkləməkdə və dövlətə xəyanətdə təqsirli bilinirdi. Bu ittihamla Vışinskini 15 ilədək həbs cəzası gözləyirdi.

Jurnalist ona qarşı irəli sürülən ittihamları yalan və manipulyasiya adlandırıb. Qeyd edib ki, "RİA Novosti Ukrayna"nın baş redaktoru olduğu müddətdə Ukrayna Təhlükəsizlik Xidməti ona heç bir etiraz bildirməyib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: UKrayna   Rusiya  





Xəbər lenti