AFFA yenə cərimələdi
![AFFA yenə cərimələdi AFFA yenə cərimələdi](https://azvision.az/photos/affa12313.jpg)
Matç başa çatdıqdan sonra “Simurq” klubunun futbolçuları tərəfindən stadionun bir neçə inventarı sındırıldığı üçün “Simurq” klubu dəymiş zərərə uyğun olaraq “Neftçi” klubunun təqdim edəcəyi hesab əsasında ödəmə ödəyəcək.
Kubokun 1/4 finalının “Qarabağ” – “Qəbələ” matçında “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə edilib.
Kubokun 1/4 final “Xəzər Lənkəran” – “Rəvan” matçının 80-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Nikolay Orlovski sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb klub 200 manat cərimə olunub. (qol.az)