Bolton Trampın Ruhani ilə görüşməsi üçün şərtləri açıqladı

   Bolton Trampın Ruhani ilə görüşməsi üçün şərtləri açıqladı
  29 Avqust 2019    Oxunub:1935
ABŞ və İran prezidentləri Donald Tramp və Həsən Ruhani arasında görüş, rəsmi Tehranın nüvə proqramı ilə bağlı yeni bir razılaşmanı müzakirə etməyə hazır olduğu zaman reallaşacaq.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton “Azadlıq” radiosuna müsahibəsində deyib.

“Görüşün baş tutması Donald Trampın mövqeyini dəyişdirməsi anlamına gəlmir. İranın lazımi olmayan işləri görməyəcəyi təqdirdə iqtisadi fayda əldə edəcəyini də söyləmək faydasızdır. Yeni bir əhatəli və hərtərəfli razılaşma, əlbəttə ki, sanksiyaların aradan qaldırılması ilə nəticələnəcək. Görüş İranın bu barədə danışıqlara hazır olduğu zaman baş tutacaq”-deyə, o, bildirib.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: ABŞ   İran  





Xəbər lenti