Suriyada 50 kürd girov götürülüb

Suriyada 50 kürd girov götürülüb
  05 Dekabr 2013    Oxunub:1194
Hadisəni “Əl-Qaidə”yə yaxın qruplaşma tərəfindən törədildiyi ehtimal olunur.
AzVision.az Frans-Press agentliyinə istinadən xəbər verir ki, girovlar arasında 9 qadın və uşaq da var.
Hadisənin baş vermə səbəbləri hələ məlum olmasa da, aksiyanın arxasında “İraq və Levantanın İslam dövləti” qruplaşmasının dayandığı deyilir. Amerika Dövlət Departamenti və BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu təşkilatlar siyahısına salınan “İraq və Levantada İslam dövləti” Bəşər Əsəd iqtidarına qarşı vuruşan əsas qüvvələrdən biri hesab olunur.

Xatırladaq ki, kürdlərin kompakt yaşadığı şimal ərazilərində bu ikinci kütləvi girovgötürümə faktıdır. Bu ilin iyul ayında eyni təşkilat 200-ə qədər kürdü girov götürmüşdü. Bu vaxta qədər onlardan yalnız biri azadlığa buraxılıb.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti