Kliçko Ali Radanın iclasına velosipedlə gəldi

Kliçko Ali Radanın iclasına velosipedlə gəldi
  29 Avqust 2019    Oxunub:1526
Kiyev meri Vitali Kliçko Ukrayna Ali Radasının yeni tərkibdə açılış sessiyasına velosipedlə gəlib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, mer mütəmadi olaraq velosipeddən istifadə etdiyini deyib.

"Mən daim velosipedlə gəzirəm və şəhərin müasirləşməsi üçün hər şeyi edirik",- deyə Kliçko bildirib.

Qeyd edək ki, Kliçko, həmçinin Ukrayna prezidenti Vladimir Zelenskinin andiçmə mərasiminə də velosipedlə qatılmışdı.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   Kiev   Mer  





Xəbər lenti