6 ayda 90 min nəfər qızılcaya yoluxub

  6 ayda 90 min nəfər qızılcaya yoluxub
  29 Avqust 2019    Oxunub:1803
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, cari ilin birinci yarısında 90 min insan qızılca virusuna yoluxub. Yoluxma hallarının 78 faizi Ukrayna, Qazaxıstan, Rusiya və Gürcüstanda qeydə alınıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Avropada qızılcaya yoluxma “kritik hədd”ə çatıb. Ekspertlər bunu peyvəndən imtina ilə əlaqələndirirlər.

Qeyd edilib ki, bu ilin altı ayında qızılca virusuna yoluxma sayı ötən ilin müvafiq dövrü ilə müqaysədə 2 dəfə artıb. Bu səbəbdən 4 ölkə - Albaniya, Çexiya, Gürcüstan və Böyük Britaniya qızılcadan azad ölkə statusunu itirib. Almaniyada isə ilin əvvəlindən qızılcaya yoluxma ilə bağlı 400 fakt aşkar edilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qızılca  





Xəbər lenti