Dəhşətli qəza: sürücünün bədəni parçalandı

Dəhşətli qəza: sürücünün bədəni parçalandı
  06 Dekabr 2013    Oxunub:1181
Kürdəmir rayonunda insan ölümü ilə nəticələnən qəza hadisəsi baş verib. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, hadisə 20:50 radələrində Dövlət Yol Polisinin Kürdəmir postundan 2 km aralıda baş verib.

Bakı istiqamətində hərəkət edən "Ford" markalı maşın Kürdəmirə doğru gedən motosikletlə toqquşub. Toqquşma nəticəsində, motosiklet sıradan çıxıb, sürücünün bədəni parçalanıb, onun bədənin hissələri yola tökülüb. Kürdəmir rayon Təcili Yardım Şöbəsindən verilən məlumata görə, qəza nəticəsində bədəni hissələrə bölünən motosiklet sürücüsü Kürdəmirin Muğanlı kənd sakini Sadıqov Tərlan Rasim oğludur.

Hadisə yerində araşdırma aparan yol polislərindən aldığımız məlumata görə, qəzanı törədən Ford markalı avtomobilinin nömrəsi 90-MG-281 olub.

Hazırda hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib. "Ford" markalı maşının axtarışı davam edir.


Teqlər:  





Xəbər lenti