Yasamalda mərmi tapıldı

Yasamalda mərmi tapıldı
  06 Dekabr 2013    Oxunub:1171
Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri Yasamal rayonunda aşkar edilən döyüş sursatını zərərsizləşdirib.
AzVision.az xəbər verir ki, Paytaxtın Yasamal rayonunda döyüş sursatının aşkarlanması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıblar.

Əraziyə baxış keçirilərkən müəyyən olmuşdur ki, 1 ədəd 82 millimetrlik mina atan üçün nəzərdə tutulan mərmi döyüş tətbiqinə tam yararlıdır.

Nazirliyin xilasediciləri və mütəxəssisləri aşkarlanmış sursatı ərazidən uzaqlaşdıraraq zərərsizləşdiriblər. Əməliyyat saat 20:23-də başa çatıb.

Faktla əlaqədar hüquq mühafizə orqanları tərəfindən təhqiqat aparılır.


Teqlər:





Xəbər lenti