Kərkükdə etnik azərilər xain basqına məruz qalır – ŞOK VİDEO, FOTO

Kərkükdə etnik azərilər xain basqına məruz qalır – ŞOK VİDEO, FOTO
  06 Dekabr 2013    Oxunub:1443
Silah səsləri dayanmır.
İraqın Kərkük şəhərində kəşfiyyat binası və alış veriş mərkəzini hədəf alan silahlı qruplaşma ilә təhlükəsizlik qüvvәlәri arasında qarşıdurma baş verib.

Türkiyə mətbuatı xəbər verir ki, hadisә nәticәsindә ən azı 10 nәfәr (bəzi məlumatlara görə 15) hәyatını itirib 100-dәn çox insan da yaralanıb.(TRT)

Bomba ilә tәchiz edilən bir avtomobillə Kəşfiyyat mәrkәzinin divarını dağıdaraq binaya daxil olan təcavüzkarlar təhlükəsizlik işçilərinә hücum ediblәr. Bir neçә saat davam edәn qarşıdurmadan sonra mәrkәzdәn ayrılan silahlı qrup bu dәfә dә yaxında yerlәşәn bir ticarәt mәrkәzinә daxil olaraq içəridəkilərin girov götürüblәr.

Kərkük valisi bildirib ki, silahlı qrup, saxlanan yoldaşlarını xilas etmәk vә gizli sənədləri ələ keçirmək üçün kәşfiyyat idarәsini, hədəf alıblar.

AzVision.az xəbər verir ki, Kərkükdəki mənbələrdən həyəcanlı xəbərlər daxil olmaqdadır. Onlar bildirilər ki, proseslər hələ də dayanmayıb. Qeyd edək ki, əksəriyyəti etnik kökəncə Azərbaycan türkləri olan kərküklülər İraqın neftlə ən zəngin bölgəsində daim xain və terrorçu basqınların hədəfində olur.


Qalereya




Teqlər:





Xəbər lenti