Ərdoğan Rusiyadan “Su-57”lərin alınacağını açıqladı

Ərdoğan Rusiyadan “Su-57”lərin alınacağını açıqladı
  30 Avqust 2019    Oxunub:1707
Türkiyə və Rusiya "Su-57" qırıcılarının tədarükü ilə bağlı danışıqlar aparır.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. Onun sözlərinə görə, "Su-57"lərin alışı ilə bağlı danışıqlar davam edir:
"Rusiyada "MAKS-2019" sərgisindən sonra bizim nazirliklərin nümayəndələri orada qalıblar və işləyirlər. Kredit və ortaq istehsal şərtlərimizi danışıqlar masasına qoyaraq hərəkət edəcəyik. ABŞ "F-35" qırıcılarının təchizatı ilə bağlı mövqeyini dəyişməzsə, bu vəziyyətdən çıxış yolu axtaracağıq",- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Rusiyada keçirilən "MAKS-2019" aviakosmik sərgisində iştirak edən Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə birgə yeni nəsil "Su-57" döyüş təyyarəsinə baxış keçirib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti