ABŞ-dan Şimali Koreyaya yeni sanksiya

  30 Avqust 2019    Oxunub : 1146
ABŞ-dan Şimali Koreyaya yeni sanksiya
ABŞ Şimali Koreyaya qarşı sanksiyalardan yayınmağa yardım göstərən iki fiziki, üç hüquqi şəxsə və bir gəmiyə qarşı sanksiya tətbiq edib.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sanksiyalara Tayvanın ("Chinese Taipei") Şimali Koreya gəmilərinə neft ötürən “Jui Cheng Shipping Company Limited”, “Jui Pang Shipping Co ltd”, “Jui Zong Ship management Co ltd” gəmiçilik şirkətləri, Panama bayrağı altındakı “Shang Yuan Bao” gəmisi, həmçinin əvvəllər cəmi 1,7 milyon litr neft məhsullarını Şimali Koreya bayrağı altındakı gəmilərə azı iki dəfə ötürən iki nəfər fiziki şəxs məruz qalıb.

Azvision.az

Teqlər: ABŞ   Sanksiya