Nüvə hədəsi: İmran Xan kömək gözləyir

  31 Avqust 2019    Oxunub : 1389
  Nüvə hədəsi:  İmran Xan kömək gözləyir
Beynəlxalq ictimaiyyət Kəşmirdəki vəziyyətlə əlaqədar hər hansı tədbirlər görməsə, İslamabad və Yeni Dehli arasında hərbi qarşıdurma təhlükəsi getdikcə artacaq.
Azvision.az xəbər veirr ki, bunu Pakistanın Baş naziri İmran Xan “The New York Times” qəzetində dərc olunan məqaləsində bildirib.

“Hindistanın Kəşmirə və onun sakinlərinə etdiyi hücumları dayandırmaq üçün addımlar atılmasa, bunun fəsadları bütün dünyaya təsir edəcək. Nəzərə almaq lazımdır ki, hərbi toqquşmaya yaxın olan hər iki ölkənin nüvə silahı mövcuddur”.

Baş nazir Hindistanın müdafiə naziri Rajnath Singhin bu ayın əvvəlində “ölkəmiz gələcək şərtlərə əsaslanaraq nüvə silahından istifadə ehtimalını nəzərdən keçirəcək” açıqlamasına da münasibət bildirib:

“Bu çox gizli olmayan təhlükədir. Bütün hallarda Kəşmirlə bağlı bir sıra təkliflər verməyə hazırıq. Lakin bu istiqamətdə danışıqlar Hindistanın Kəşmirin qanunsuz ilhaqından imtina etdikdə başlaya bilər”.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Pakistan   Hindistan