Moldova dövlət dilini dəyişdi

Moldova dövlət dilini dəyişdi
  06 Dekabr 2013    Oxunub:1303
Konstitusiya məhkəməsi rumın dilini dövlət dili elan edib.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, Moldova Konstitusiya məhkəməsinin dünənki iclasında rumın dili Moldovanın dövlət dili elan olunub. Məhkəmənin belə qərar çıxarmasına səbəb rumın dilinin dövlət dili kimi göstərildiyi Moldovanın Müstəqillik Haqqında Bəyannaməsinin moldovan dilini rəsmi dil elan edən ölkə Konstitusiyasından daha üstün sənəd kimi qəbul olunmasıdır.

Xatırladaq ki, Moldova və Rumıniya tarixi-etnik qohumluğa malikdir. Rumıniya prezidenti Trayan Bosesku gələcəkdə Moldovanın Avropa Birliyinə qəbul edilməsindən sonra iki dövlətin birləşə biləcəyi ehtimalnı səsləndirmişdi.

Vüqar İsmayılov
AzVision.az



Teqlər:





Xəbər lenti