Trampdan şiddətli qasırğa xəbərdarlığı

Trampdan şiddətli qasırğa xəbərdarlığı
  01 Sentyabr 2019    Oxunub:1472
ABŞ prezidenti Donald Tramp Corciya, Cənubi və Şimali Karolina ştatlarının sakinlərinə şiddətli “Dorian” qasırğasının mümkün zərbəsi barədə xəbərdarlıq edib.
Azvision.az xəbər verir ki, bununla bağlı "Twitter" səhifəsində yazan Tramp əhalini ehtiyatlı olmağa çağırıb:

“Deyəsən, bizim gözəl Cənubi Karolina ştatımız əvvəlcə güman etdiyimizdən daha güclü zərbəyə məruz qalacaq. Bu, eynilə Corciya, Şimali Karolina ştatlarına da aiddir”.

Tramp, həmçinin qeyd edib ki, irəliləyən qasırğanın istiqamətini qabaqcadan söyləmək çox çətindir. Yalnız onu təsdiqləmək olar ki, “Dorian” son bir necə ildə baş vermiş ən böyük və ciddi qasırğalardan biridir.

Azvision.az


Teqlər: Tramp  





Xəbər lenti